XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

03 Oktyabr 2019 - 12:23

“Liverpul” İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb –Səbəb

“Liverpul” klubu İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb.

İngiltərə Futbol Liqası xəbər verir ki, səbəb Mersisayd təmsilçisinin 1/16 finalda “Milton Kins Dons”la matçda səhvə yol verməsidir. Həmin görüşdə iştirak hüququ olmayan Pedro Çirivelya çıxış edib.

“Liverpul” turnirdən kənarlaşdırılmaqla yanaşı, 200 min funt sterlinq məbləğində cərimə olunub. Kluba verilən məbləğin yarısı şərtidir və növbəti mövsüm hansısa qayda pozulacağı təqdirdə, klub onu ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma “Liverpul”un 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı/Report.