XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 23:12

Avropa Liqası:"Beşiktaş" son dəqiqədə məğlub oldu

UEFA Avropa Liqasının qrup mərhələsində Türkiyəni təmsil edən komandalardan heç biri qalib gələ bilməyib.

Strateq.az xəbər verir ki, “Başakşehir” evdə Almaniya “Borussiya”sına qarşı oyunun 90+1-ci dəqiqəsinə qədər 1-0 qalib durumda olsa da, əsas vaxta əlavə edilmiş 1-ci dəqiqədə qonaqlar hesaba tarazlıq gətiriblər – 1:1.

“Beşiktaş” isə İstanbulda İngiltərənin “Vulverhempton”a uduzub. Belə ki, 90+3-də qonaqlar qələbə topunu vurublar – 0:1.

Hazırda hər iki komanda 2 oyunun nəticəsinə görə qruplarında sonuncu yerdə qərarlaşıblar.