XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 10:46

2050-ci ilə qədər enerji balansında qazın payı 27%-ə qədər artacaq –GECF

Qaz İxrac Edən Ölkələr Forumu (GECF) 2030-cu ilə qədər dünyada qaza tələbatın illik 1,6-1,7% səviyyəsində artacağını gözləyir.

Bu barədə jurnalistlərə GECF Baş katibi Yuri Sentyurin məlumat verib.

Mütləq rəqəmlərdə qaz bazarının dövriyyəsi 2018-ci ildəki 3,2 trilyon kubmetrdən 2030-cu ildə 6 trilyon kubmetrə qədər artacaq.

Dünya enerji balansında qazın payının 2050-ci ilə qədər indiki 23%-dən 27%-ə qədər artacağı gözlənilir. Eyni zamanda, artıq 20-ci illərin ortalarında qaz istehlak balansında kömürü üstələyəcək, 2050-ci ilə qədər isə enerji resurslarının istehlakı baxımından birinci sıraya çıxacaq. (report)