“Mənim Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmağım barədə məlumatlar həqiqəti əks etdirmir".
Apa.az-ın məlumatına görə, bunu Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, onun AŞPA-ya yazdığı məktubdan guya erməni tərəfinin sessiya vaxtı istifadə etməsi barədə xəbərlər də əsassızdır.
O, nümayəndə heyətinin rəhbəri kimi səlahiyyətlərini davam etdirdiyini, AŞPA-nın qış sessiyasında isə yalnız səhhətində yaranmış problemlərə görə iştirak edə bilmədiyini qeyd edib.