XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Oktyabr 2019 - 17:08

Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri:“Azərbaycan Gürcüstan üçün vacib turizm bazarıdır”

“Azərbaycan Gürcüstan üçün vacib turizm bazarıdır. Qonşu ölkə Gürcüstana turist səfərləri baxımından ilk yerlərdən birini tutur”.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, bu gün azərbaycanlı həmkarlarla çox maraqlı görüş keçirilib: “Biz turizm sahəsindəki təcrübə ilə bölüşdük və birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla bir sıra maraqlı mövzuları nəzərdən keçirdik”.

M. Kvrivişvili qeyd edib ki, bölgəfə əcnəbi turistlərə tələbat artır: “Buna görə də Gürcüstan və Azərbaycan arasında kombinə edilmiş turların təşkili çox vacibdir.

Hesab edirik ki, birgə səylərlə Çin, Yaponiya və digər ölkələrdə bölgə barədə  məlumatlılıq səviyyəsini artıra bilərik”.

Qeyd edək ki, M.Kvrivişvili bu gün Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşüb. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid də iştirak ediblər. (report)