XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 08:50

Moskva-Gəncə aviareysi [color=red]təxirə salındı

Fevralın 1-də hava şəraiti ilə əlaqədar Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Gəncə şəhərinə olan aviareys təxirə salınıb.

Azertag.az “Domodedovo” aeroportunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, Moskvadan Gəncəyə nəzərdə tutulan “NN 411” saylı təyyarə reysi müvəqqəti dayandırılıb.

Gəncəyə olan uçuşun “VİM-Avia” aviaşirkətinə məxsus “Boeing 757-200” təyyarəsi ilə həyata keçirilməsi gözlənilirdi.