XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 October 2019 - 20:41

“Azerspace-1” peyki üzərindən yeni kanallar yayıma başlayıb

“Azərkosmos” ASC Gürcüstanın “Mtavari Axri” və “Music Box” və Rusiyanın “ИЛЛИ ТВ” televiziya kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb. 

Bu barədə qurumun məlumatında deyilir.

Müqaviləyə əsasən, “Mtavari Axri”, “Music Box” və “ИЛЛИ ТВ” kanalları oktyabr ayından etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır. Sadalanan kanallar vasitəsilə gürcü və rus dillərində ictimai, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət proqramları nümayiş edilir.