XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2019 - 22:18

“Traktor” dünyanın ən çox azarkeş toplayan klubları sırasında yer aldı

İran Azərbaycanının ‘Traktor’ futbol klubu dünyanın 5-ci ən çox azarkeş toplayan klubudur.

Transfer Market saytı, dünyanın ən çox azarkeş toplayan futbol klublarını sıralayıb. Həmin saytın sıralamasına görə, İran Azərbaycanında və İran türkləri arasında ən çox azarkeşi olan Traktor futbol klubu dünyanın 5-ci ən çox azarkeşə sahib olan klublar arasında yer tutub.

Transfer Market vebsaytı cümə axşamı dünyanın ən populyar komandalarının son reytinqini açıqlayıb.

Məlumata görə, Traktor komandanı matçlarında stadionda ortalama hesabla 66,833 azarkeşə malik ən popluyar futbol komandaları arasında beşinci yerdə durub.

Bu sıralamada Dortmund stadiona 81.368 azarkeşlə birinci gəlir. Sonrakı yerlərdə isə “Barcelona”, “Bavaria” və “Manchester United” gəlir.

Yuxarıdakı reytinq, azarkeşlərin ümumi sayından asılı olmayaraq və stadiondakı azarkeşlərin sayına görə hazırlanır və dərc olunur.

Asiya Futbol Konfederasiyası, 2016-cı ilində, Əl Nasr ilə traktor oyununa rəsmi olaraq qeydə alınan 65.100 tamaşaçı ilə, UEFA Çempionlar Liqasında izləyicilərin iştirak rekordunun qırıldığını bildirərək, Traktor komandasını Asyanın ən çox azarkeş toplayan və populyar komandası elan etmişdi.

Transfermarkt, Almaniya mərkəzli futbol məlumatları, transfer xəbərləri, klub xəbərləri, matçların nəticələrini və digər əlaqəli məlumatlar yayır. Sayt 2000-ci ilin may ayında Matthias Seidel tərəfindən təsis edilib. (amerikaninsesi.org)