XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

05 Oktyabr 2019 - 18:34

Göygöl rayon yol polisinin rəisi vəzifəsindən azad olunub- Vilayət Eyvazovdan əmr

Göygöl rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilib.

Hələlik bu vəzifəyə təyinat yoxdur.

Qeyd edək ki, M.Məmmədov 2 ilə yaxın bu vəzifədə çalışıb.