XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

05 Oktyabr 2019 - 19:57

Ali məktəblərdə bakalavriat və magistraturada islamşünaslıq ixtisası üzrə təhsil xərci müəyyənləşib- Nazirlər Kabineti

Dövlət sifarişi ilə ali məktəblərin bakalavriat və magistratura səviyyələrində islamşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərci müəyyənləşib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Sentyabrın 1-dən bu ixtisas üzrə bakalavriat səviyyəsində təhsilalanlara düşən təhsil xərci 2100 manat, magistratura səviyyəsində isə 2180 manat müəyyənləşdirilib.

Qeyd edək ki, islamşünaslıq ixtisası Nazirlər Kabinetinin 15 mart 2018-ci il tarixli qərarı ilə “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”na daxil edilib.