XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Oktyabr 2019 - 20:15

Futbol üzrə Azərbaycan Premyer Liqası:VII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

“Report”un məlumatına görə, ilk dövrədə son turun açılışında “Sumqayıt” “Keşlə”ni qəbul edib. “Kapital Bank Arena”da təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

Bu nəticədən sonra xallarını 11-ə çatdıran “Keşlə” 2-ci pilləyə yüksəlib. Mövsümdə ilk heç-heçəyə imza atan “Sumqayıt” isə xallarını 7-yə çatdırsa da, yenə 6-cı pillədə qalıb.

Qeyd edək ki, bu gün saat 19:15-də turun “Neftçi” – “Səbail” matçı start götürəcək. Oktyabrın 6-da isə “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Sabah” oyunları keçiriləcək.