XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2019 - 20:52

Ədliyyə orqanlarına işə qəbulla bağlı keçiriləcək test imtahanının vaxtı məlum olub

Ədliyyə orqanlarına işə qəbulla bağlı test imtahanının keçiriləcəyi tarix məlum olub.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qulluğa qəbulla bağlı bu ilin avqust ayında elan edilmiş açıq müsabiqədə iştirak barədə ərizə qəbulu davam edir və oktyabr ayının 9-dək müraciət edən ilk qrup hüquqşünaslarla test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə oktyabr ayının 12-də müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.

İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.