XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2019 - 09:10

İran kosmosa öz astronavtını göndərmək niyyətindədir –Cavad Azari

Tehran digər dövlətlərlə əməkdaşlıq yaradaraq, orbitə öz kosmonavtını göndərmək niyyətindədir.

Bu barədə İranın informasiya və kommunikasiya naziri Cavad Azari Cahromi bildirib.

ABŞ-ın bu ölkəyə məxsus 3 kosmik araşdırmalar qurumuna qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Tehran bu istiqamətdə öz işlərini dayandırmaq fikrində deyil.

Bildirilir ki, İran canlıların kosmosa göndərilməsi üzrə artıq təcrübəyə malikdir. 2013-cü ildə iranlı mütəxəssislər iki dəfə primatları kosmosa göndərə biliblər. /APA