XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

06 Oktyabr 2019 - 14:30

İranda QİÇS yayılan kəndin sakinləri etiraz aksiyası keçirib –FOTO

İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Lordeqan şəhərinin Çinar Mahmud kənd sakinləri etiraz aksiyası keçirib. 

Kənd sakinləri Səhiyyə Nazirliyinin Lordeqan şəhər şöbəsi və  icra aparatı qarşısında toplaşıb.

Sakinlər kənddə əhaliyə xidmət göstərən həkimlərin qan analizi və diabet yoxlanışları zaman yoluxucu xəstəliklərin viruslarının bulaşdığı şprislərdən istifadə edildiyini və nəticədə insanların QİÇS-ə yoluxduğunu bildirirlər. Hələlik kənddə yoluxmuş şəxslərin sayı tam müəyyənləşməsə də, İran parlamentinin Səhiyyə komissiyasının üzvlərindən biri  26 nəfərin QİÇS-ə yoluxduğunu söyləyib. Aksiya iştirakçıları məsul şəxslərdən məsələyə aydınlıq gətirməsini, xəstəliyə yoluxmuş şəxslərin dövlət tərəfindən müalicəsinin təmin olunmasını tələb edirlər.

İranın Səhiyyə Nazirliyi bu iddianı şayiə adlandırıb və əsassız olduğunu bəyan edib. Bununla belə, İran Səhiyyə naziri  Səid Nəməki  ötən gün kənd əhalisinə müraciət edib. Nazir hazırda  mütəxəssislərin  hadisə yerində olduğunu,  analizlər götürüldüyünü  qeyd edib “Çalışırıq  Çinar Mahmudi bölgəsində sabitliyi təmin edək. Xəstəliyə yoluxmuş şəxslərin  müalicə xərcləri alınmayacaq və müalicə xidmətləri pulsuz göstəriləcək”.

Çinar Mahmudi kəndində  QİÇS xəstəliyinə yoluxanların sayı və bu xəstəliyin səbəblərinə gəlincə, S.Nəməki deyib ki,  xəstəliyin yayılma səbəbləri ilə əlaqədar ekspertlər araşdırma apardıqdan sonra lazımi məlumat xalqa çatdırılacaq. Eləcə də  QİÇS-ə yoluxmuş xəstələrin sayı  ilə bağlı da  ətraflı məlumat veriləcək. /APA