XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 October 2019 - 00:30

Tramp Ərdoğanı ABŞ-a səfərə dəvət edib –Gələn ay

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Türkiyə prezidentinin dəftərxanasından bildirilib.

Qeyd edilir ki, dövlət başçıları Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə ediblər.

“Danışıqların gedişatında ikitərəfli münasibətlərdən başqa, Suriyada Fərat çayından şərqdə təhlükəsizlik zonasının yaradılması haqqında fikir mübadiləsi aparıldı”, – deyə bəyanatda qeyd edilir.

Bundan başqa, Tramp Ərdoğanı noyabrda Vaşinqtona səfərə dəvət edib.

“Liderlər ABŞ prezidenti Donald Trampın dəvəti ilə növbəti ayda Vaşinqtonda danışıqlar aparmağa razılaşdırıb”, – deyə xəbərdə qeyd edilir. /Report