XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 09:23

İrina Zaretska:“Premyer liqanın finalı gözlədiyimdən də yaxşı keçdi”

“Bu günki final gözlədiyimdən də yaxşı keçdi. Finalda rəqibim çinli idmançı idi. Tatami üzərində hər şey əla keçdi”

Bunu Moskvada keçirilən “Karate 1” Premyer Liqanın 68 kq çəkidə qadınlar arasında yarışların qalibi İrina Zaretska bildirib.

“Çox şadam ki, Moskvada keçirilən “Karate 1” Premyer Liqanın qalibi oldum. Ancaq xoşbəxtlik hissi keçirirəm. Bu son deyil, planlar çoxdur. Məşqlərimi davam edirəcəm. Yay olimpiya oyunlarına lisenziya qazanmaq lazımdır. Qarşıda məni hələ çox yarışlar gözləyir. Azı 7 yarışda iştirak etməliyəm. Ona görə də məşqləri davam etdirəmək lazımdır ki, bundan sonra da yaxşı nəticələr göstərim” – deyə Azərbaycanın karate üzrə yığma komandasının üzvü İrina Zaretska bildirib.

O, Olimpiya oyunlarına lisenziya qazanmaq yolunda qarşılaşacağı rəqiblərinin güclü olduğunu söyləyib: “Ona görə üzərimdə çox işləməliyəm ki, ən yaxşı nəticəni göstərim”. (APA)