XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

07 Oktyabr 2019 - 15:34

Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Bu gün 2019-cu il Fiziologiya və tibb üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının verdiyi xəbərə görə, mükafat onkoloq Uilyam G. Kelin (ABŞ), bioloq Piter J. Ratkliffe (Böyük Britaniya), genetik və pediatr Qreqq Semenzaya (ABŞ) verilib.

Onlar bu mükafata hüceyrələrin oksigenin varlığını hiss etməsi və ona uyğunlaşması ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib. (apa)