XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 16:46

Qvardiola rəsmən [color=red]“Mançester Siti”də

qvardiola

Pep Qvardiola bu yay “Mançester Siti”nin baş məşqçisi Manuel Pellegrini əvəz edəcək. Bu barədə fevralın 1-də goal.com saytı məlumat yayıb. Məlumata görə Manuel Peleqrini mövsümün sonunda artıq komandadan ayrılacaq. Bu barədə onun özü açıqlama verib. O, fevralın 1-də keçirdiyi mətbuat konfransında artıq iyunun 30-da vəzifəsindən gedəcəyini deyib. Klubun məlumatına görə rəhbərlik 45 yaşlı Qvardiola ilə 3 illik müqavilə imzalanıb. Pellegrini “Mançester Siti”ni 2013-cü ildən çalışdırır. Onun müqaviləri 2017-ci ilin avqustunda bitməli idi, amma baş məşqçi artıq mövsümün sonunda komandadan ayrılacaq.