Xəbər verdiyimiz kimi, oktyabrın 8-də səhər saatlarında Qaxda partlayış baş verib. Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq işləri görən zaman naməlum səbəbdən partlayış baş verib.
Baş verən partlayış nəticəsində 6 nəfər xəsarət alıb.
Strateq.az xəbər verir ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər: “Onlardan dördünün vəziyyəti yüngül, ikisinin vəziyyəti isə orta-ağır stabildir.
Qax MRX-nın həkimlərinin bildirdiyinə görə, partlayışda xəsarət alanların həyatı üçün təhlükə yoxdur”.