2019-cu il fizika üzrə Nobel mükafatının yarısı Ceyms Piblsə, digər yarısı isə Mişel Mayor və Didye Kueloza verilib.
Kanadalı-amerikalı Ceyms Pibls mükafata “fizik kosmologiyada nəzəri kəşflərə”, isveçrəli Mişel Mayor və Didye Kueloz isə “günəş tipli ulduzun orbitində, Günəş sistemindən kənar planetin kəşfinə görə” layiqə görülüb.
Bu üç alimin “kainatın təkamülünə və Yerin kosmosdakı yerinə dair anlayışlarımıza töhfə” verdikləri vurğulanır.
Peebles 9 milyon kronluq (918 min dollar) mükafatın yarısını, digər iki alim isə qalan yarısını əldə edəcəklər.
Oktyabrın 7-də fiziologiya və tibb üzrə Nobel təqdim olunub.
Sabah ədəbiyyat üzrə ötənilki və builki mükafatlar, 11-də isə Nobel Sülh Mükafatı təqdim olunacaq.
Oktyabrın 14-də iqtisadiyyat üzrə Nobel verilməlidir. (azadliq.org)