XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

09 May 2015 - 13:55

TTV kanalı işçi axtarır

TTV.jpg

Cənubi Qafqazın ilk xəbər kanalı Türkel TV (TTV) kastinq elan edib. TTV müxbir, aparıcı, reklam meneceri, operator, montajçı, səs rejissoru, titr operatoru, stilist vəzifələri üçün işçi axtarır. Müsabiqədə iştirak etmək üçün iki ədəd fotoşəkili, CV və təhsil haqqında sənədin surətini [email protected] elktron poçt ünvanına və yaxud Tovuz şəhəri Sadəddin Məmmədov küçəsi 1 ünvanına göndərə bilərsiniz. Sənədlərin qəbulu 17 may 2015-ci il tarixədək aparılır.

Xatıraladaq ki, Tovuz rayonunda yerləşən “TüRKEL TV” MMC – Müstəqil Televiziya Şirkəti 1 iyun 2010-cu ildən fəaliyyətə başlayıb. Azərbaycanın ən iri regional yayımçılarından biridir. Hazırda Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göy-göl, Goranboy, Samux, Dəliməmmədli, Daşkəsən, Naftalan, Yevlax, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Ucar, Göyçay, Ağsu, Bərdə, Tərtər, Kürdəmir rayonlarında və Gürcüstanın Borçalı, Marneuli, Qardabani, Dmanisi ərazisi daxil olmaqla yayımlanır. 3 milyona qədər auditoriyaya malikdir. Həftəlik yayımın ümumi həcmi 112 saatdır.

Şirkətdə 5 departament fəaliyyət göstərir: İnzibati, Maliyyə, Yayım (buraya üç şöbə daxildir: Efir və Arxiv şöbəsi, İnformasiya və analitika şöbəsi, Yaradıcılıq şöbəsı), Texniki və SƏTƏM departamenti.

Şirkət 720 kv.m. həcmində pavilyona sahibdir. Türkel TV-də virtual dekorasiyalar üçün avadanlıq və “Cinegy” şirkətinin təqdim etdiyi yeni rəqəmsal yayım avadanlığı quraşdırılıb.

10 aprel 2015-сi il tarixindən etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.

Strateq.az