XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Oktyabr 2019 - 17:32

Xəzər dənizində 4 balıqçı itkin düşüb –FHN-dən açıqlama

Xəzər dənizində 4 balıqçı itkin düşüb.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.