Koreya Respublikası parlamentinin sədri Mun Hi-San Azərbaycana səfər edəcək.
Bunu Koreyanın Azərbaycandakı səfiri jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər gələn həftəyə nəzərdə tutulub.
Mun Hi-Sanın səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirməsi planlaşdırılır/Report.