XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

08 Oktyabr 2019 - 22:48

Rövnəq Abdullayev Canni İnfantino ilə görüşdü –FIFA-nın qərargahında + FOTO

Bu gün İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.

Strateq.az AFFA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FIFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.