XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2015 - 14:36

Qazaxıstan devalvasiyaya hazırlaşır

tenge.jpg

Dünya Bankı (DB) 2015-ci ildə Qazaxıstan iqtisadiyyatının artım proqnozunu aşağı salıb. DB-nin açıqlamasına görə, Qazaxıstan iqtisadiyyatında 1.3% artım gözlənilir. ötən il DB ekspertləri hesab edirdilər ki, ölkə iqtisadiyyatı 2015-ci ildə 1.8% böyüyə bilər. Bank ekspertlərinin qənatinə görə, 2016-cı ildə isə Qazaxıstan iqtisadiyyatı 2.8% arta bilər.

Eksperlər qeyd edirlər ki, Rusiya və çin iqtisadiyyatında zəifləmə Qazaxıstana mənfi təsir edib. ölkədən metal və metalurgiya məhsullarının ixracı aşağı düşüb. DB-nin verdiyi məlumata görə, Qazaxıstan ixracının 80% Rusiyanın payına düşür.

Bank of America (BofA) ekspetləri isə hesab edirlər ki, iqtisadiyyatda artım nail olmaq üçün Qazaxıstan milli valyuta-tengenin devalvasiyasına getməldir. 2014-cü fevralın 11-də tenge 11% devalivasiyaya məruz qalıb.

Qazaxıstan ekspertləri isə hökumətin tengenin devalvasiyasına hazırlaşdığını qeyd edirlər. Onların proqnozlarına görə milli valyutanın devalvasiyası yaxın zamanlarda baş tuta bilər. Hazırda növbəti dəfə prezident seçilən Nursultan Nazarbayev hökumətin formalaşdırılması işləri məşğuldur. Bu proses yekunlaşandan sonra devalvasiya ilə bağlı qərar qəbul olunacaq.