XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

09 Oktyabr 2019 - 14:02

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb- Adlar

2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat John B.Goodenough, M.Stanley Whittingham və Akira Yoshinoya verilib.

Onlar litium-ion batareyalarının inkişafına görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək.

Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.