XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2015 - 14:56

Hüsnü Mübarək barəsində 3 il həbs qərarı verilib

Mubarek.jpg

Misirin keçmiş prezidenti Hüsnü Mübarək və onun 2 oğlu barəsində 3 il həbs hökümü çıxarılıb.

İstintaqın məlumatına görə, keçmiş Misir prezidenti və oğulları dövlət başçısının sarayaları üçün ayrılan vəsaitdən 18 milyon dollar mənimsəyiblər. Bu vəsaitlər prezident və onun ailəsinin şəxsi mülklərinin təmiri üçün xərclənib.

Bundan əvvəl məhkəmə H. Mübarək və oğulları barədə bu iş üzrə hökm çıxarmışdı. Lakin Kassasiya Məhkəməsi hökmün ləğv olunması və yenidən istintaq aparılmasına qərar vermişdi. H.Mübarəkin vəkili isə hökumdən yenidən şikayət veriləcəyini açılayıb.

Xatırladaq ki, H.Mübarək 1989-2011-ci illər ərzində Misirə rəhbərlik edib. 10 fevral 2011-ci ildə xalq etirazları nəticəsində istefa verməyə məcbur olub.

Strateq.az