XƏBƏR LENTİ

20 Noyabr 2019
19 Noyabr 2019

Digər Xəbərlər

10 Oktyabr 2019 - 10:34

UEFA prezidenti:"Təhlükəsizliyə görə Azərbaycan və Ermənistanı fərqli qrupları ayırırıq"

UEFA prezidenti Aleksandr Çeferin siyasi məsələlərə görə bəzi ölkələrin yığma və klublarının rəhbərlik etdiyi qurumun bayrağı altında təşkil edilən yarışlarda eyni qrupda yer ala bilməmələrinə münasibət bildirib.

52 yaşlı sloveniyalı funksioner “RİA Novosti”yə müsahibəsində bu baxımdan Azərbaycan və Ermənistanı da misal çəkib: “Təhlükəsizlik bizim üçün əsas amillərdən biridir. Turnirlər barədə hər hansı birinə qərar verərkən, hər zaman təhlükəsizliyi nəzərə alırıq. Biz Serbiya ilə Kosovanı, Azərbaycan və Ermənistanı fərqli qrupları ayırırıq. Hətta İspaniya və Cəbəllütariq eyni qrupa düşə bilməz. Təhlükəsizlik suallarımız olduqda, problemlərin yarandığını görəndə, milli federasiyalardan müvafiq təkliflər aldıqda, qabaqlayıcı tədbirlər görürük”.

A.Çeferin zamanla vəziyyətin dəyişəcəyinə inamını ifadə edib: “Bizim üçün təhlükəsizlik prinsipial əhəmiyyət kəsb edir, özümüzü siyasi məsələlərə qoşmuruq. Bu qərarı UEFA qəbul edib və hələ bunu dəyişdirməyin vaxtı çatmayıb. Tarixdə bir çox fərqli vəziyyətlər olub, ancaq zaman keçdikcə dəyişir. Rusiya və Ukrayna ilə bağlı vəziyyət də dəyişəcək. Bunun baş verməməsi üçün səbəb görmürəm. Futbol sürprizlərlə doludur, təsəvvür edin, hər iki komanda AVRO-2020-də yarımfinala və ya finala çıxır? Onda onlar mütləq Londonda öz aralarında oynayacaqlar”.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan – Ermənistan, Cəbəllütariq – İspaniya, Kosovo – Bosniya və Hersoqovina, Kosovo – Serbiya, eləcə də Ukrayna – Rusiya eyni qrupda yer ala bilməz. Həmçinin sərt qış iqliminə görə 10 ölkədən maksimum 2-si eyni qrupa düşə bilər. Bunlar Belarus, Estoniya, Farer adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Rusiya və Ukraynadır. (Report)