XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

10 Oktyabr 2019 - 17:55

Xorvatiya – Macarıstan oyunu ərəfəsində azarkeşlər arasında dava olub –VİDEO

AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya – Macarıstan oyunu ərəfəsində iki komandanın azarkeşləri arasında dava düşüb.

“Jutarnji List” xəbər verir ki, dünən axşam və bu gün səhər tərəfdarlar matçın baş tutacağı Split şəhərində dalaşıblar. Nəticədə qonaqların bir azarkeşi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir.

İnsidentlərə görə 5 nəfər xorvatiyalı, 1 nəfər isə macarıstanlı fanat saxlanılıb.

Qeyd edək ki, bu gün “Polyud” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Xorvatiya Azərbaycan millisinin də yer aldığı E qrupunda 10 xalla liderdir. Macarıstan isə 9 xalla Slovakiya ilə növbəti iki pilləni bölüşür.