XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

10 Oktyabr 2019 - 22:53

Türkiyədə ardıcıl üç zəlzələ baş verib –Açıqlama

Türkiyədə Mərmərə dənizində 4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yalova şəhərindən 3,71 kilometr məsafədə, yerli vaxtla saat 19:52-də qeydə alınan zəlzələ İstanbulda da hiss edilib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Zəlzələ əhali arasında təşvişə səbəb olub.

Qandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Yalovada yerli vaxtla saat 20:04 radələrində daha iki zəlzələnin baş verdiyini açıqlayıb. Belə ki, beş dəqiqə intervalla 3,2 və 3,0 maqnitudalı zəlzələ olub/Report.