Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçiriləcək.
İkinci oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil ediləcək. A qrupunun lideri İngiltərə Çexiyanın qonağı olacaq. Qrupun digər görüşündə Monteneqro Bolqarıstanı qəbul edəcək. Avropa çempionatının son qalibi Portuqaliya Lüksemburla üz-üzə gələcək. B qrupunda həmçinin Ukrayna və Litva komandaları da qarşılaşacaq.
H qrupunun iddialı komandalarından Türkiyə Albaniyanı qəbul edəcək. Son dünya çempionu Fransa isə İslandiyanın qonağı olacaq. Qrupun autsayderi Andorra Moldova ilə görüşdə xal qazanmağa çalışacaq.
AVRO-2020
Seçmə mərhələ, VII tur
11 oktyabr
A qrupu
22:45. Çexiya – İngiltərə
22:45. Monteneqro – Bolqarıstan
Xal durumu: İngiltərə – 12 xal (4 oyuna), Çexiya – 9 (5), Kosovo – 8 (5), Monteneqro – 2 (5), Bolqarıstan – 2 (5)
B qrupu
22:45. Portuqaliya – Lüksemburq
22:45. Ukrayna – Litva
Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya – 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5)
H qrupu
22:45. Andorra – Moldova
22:45. İslandiya – Fransa
22:45. Türkiyə – Albaniya
Xal durumu: Türkiyə – 15 xal (6 oyuna), Fransa – 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6)
(report)