XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 11:45

AZAL bu günə olan Bakı-İstanbul aviareysini [color=red]təxirə saldı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə olan Bakı-İstanbul aviareysini təxirə salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, fevralın 2-də Bakıdan İstanbula olan aviareys sərnişin azlığı səbəbindən təxirə salınıb. Uçuş yerli vaxtla saat 20:45-də olmalı idi və təyyarə yerli vaxtla saat 23:50-də İstanbula enməli idi.

“Aviareysin təxirə salınması barədə bilet alan sərnişinlərə öncədən məlumat verilib. AZAL sözügedən aviareysə bileti olan sərnişinlərə AZAL-ın hesabına alternativ aviareyslər təklif edib”, – deyə P.Kəsəmənski vurğulayıb.

Bakıdan İstanbula nəzərdə tutulan “J2 077” saylı reysin “Boeing” 767-300 tipli təyyarə ilə həyata keçirilməsi nəzərdə tutulmuşdu.