XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

11 Oktyabr 2019 - 18:17

Qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq təsərrüfatlarının qeydiyyata alınması üçün sənədlər hazırlanır –ETSN

“Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir və yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi, bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən dəyirmi masada ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament direktoru ölkədə balıqçılığın tənzimlənməsi, balıq ovu qaydalarına riayət edilməsinin ən aktual məsələlərdən olduğunu deyib: “Bu sahədə aidiyyəti dövlət qurumları tərəfindən silsilə tədbirlər həyata keçirilir. Son iki il ərzində ilk növbədə akvakulturanın, nohur balıqçılığının inkişafı sahəsində çox böyük addımlar atılıb. Uzun illər qeyri-qanuni, icazəsiz, xüsusən torpaq kateqoriyası uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır”.

H.Əlizadənin sözlərinə görə, nohurçuluq təsərrüfatlarının qeydiyyata alınması qida təhlükəsizliyi məsələləinin de yoluna qoyulmasına yuardım edəcək. (apa)