XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

11 Oktyabr 2019 - 19:59

“Builki qış turizm mövsümündə ərəb ölkələrindən turist axını gözləyirik” –AZTA

“Azərbaycan builki qış turizm mövsümündə əsasən ərəb ölkələrindən turist axını gözləyir”.

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib.

“Hazırda Azərbaycana səfər edən ərəblər əsasən orta təbəqəyə məxsus şəxslərdir. Lakin bizim məqsədimiz budur ki, ərəb ölkələrindən yüksək təbəqəyə məxsus turistləri də cəlb edək. Çünki onlar restoranlara, hotellərə digərləri ilə müqayisədə daha çox vəsait xərcləyirlər”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycana turist axını 10%-ə yaxın artıb. Bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 48 min nəfər və yaxud 20,8% çoxdur. Son bir ildə ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında qeydə alınıb. İran üzrə artım 2 dəfə (33 min nəfər gəlib), Mərkəzi Asiya ölkələri üzrə artım isə 88% olub.

Gələn əcnəbilərin 6,7 min nəfəri və yaxud 13%-dən çoxu Gürcüstanın, 5,3 min nəfəri və yaxud 8%-dən çoxu Rusiyanın payına düşüb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 3,3 dəfə artım deməkdir.

Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18,3% artaraq 23 minə çatıb. (Report)