XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

12 Oktyabr 2019 - 14:12

Üç marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək- Bakı Nəqliyyat Agentliyi

Oktyabrın 13-ü axşamdan etibarən Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, buna görə də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.