XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2019 - 11:20

“Türkiyə millisinin hərbi salamı UEFA tərəfindən araşdırılacaq” –UEFA rəsmisi

UEFA-nın Əlaqələr üzrə direktoru Filip Taunsend mətbuata açıqlamasında Türkiyə-Albaniya matçında sonuncu dəqiqələrdə Türkiyə millisinin vurduğu qoldan sonra oyunçuların azarkeşlərə verdiyi hərbi salam jestini araşdıracaqlarını bildirib.

O, həmin jesti görməsə də, provakasiya ola biləcəyini düşünür. Taunsend UEFA-nın siyasi və dini mənalı hərəkətlərə icazə vermədiyini, buna görə də həmin hərəkətin məqsədinin araşdırılacağını qeyd edib. /Oxu.az