XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

13 Oktyabr 2019 - 12:47

Sabah hava necə olacaq? –PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 15-18° isti, gündüz  23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.  

Oktyabrın 14-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 12-17° isti, gündüz  25-30° isti,  dağlarda gecə 5-10° isti, gündüz  15-20° isti təşkil edəcək. /APA