XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2016 - 17:27

Ramzan Kadırov Britaniya [color=red] səfirliyini qorxudub

ramzan.jpg

Britaniyanın Rusiyadakı səfirliyi Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya müxalifətinin ünvanına söylədiyi son bəyanatları ilə bağlı narahatlığını bildirib.

“Biz MKasyanov və digər müxalifət nümayəndələrinin ünvanına söylənilmiş hədələrlə bağlı narahatlıq hissi keçiririk. Rusiya rəsmiləri bu cür hərəkətləri pisləməlidirlər”, səfirliyin Twitter səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.

Bazar ertəsi günü Çeçenistan rəhbəri Ramzan Kadırov Instagram səhifəsində müxalifətçi Mixail Kasyanovun əks olunduğu videoçarx dərc etdirmişdi.

Videoda Kasyanov, sanki snayper tüfənginin nişangahına salınmışdı.

Kadırovun yerləşdirdiyi videoda kadrlar "Kasyanov Strasburqa Rusiya müxalifəti üçün pul yığmağa yollanıb, anlamayan anlayacaq" yazısı ilə müşayiət olunmuşdu.

Bir müddətdən sonra, həmin video Instagram saytından yığışdırılmışdı.

Məlum olduğuna görə, həmin videonu saytdan İnstagram administrasiyası yığışdırıbmış. Instagram bunu sosial şəbəkənin zorakılığa çağırışı qadağan edən qaydanın pozulması ilə əsaslandırıb.

Video səhifəsindən yığışdırıldıqdan sonra Kadırov İnstagram-ı söz azadlığını pozmaqda ittiham edib.

BBC