XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2019 - 17:35

Mirhəsən Seyidov Türk Şurasının Gənclər Platformasının sədri seçilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gənclər Platformasının oktyabrın 13-də Bakıda keçirilən birinci Baş Assambleyasında platformanın sədri vəzifəsinə seçkilər keçirilib.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov seçkilərdə qalib gəlib. O, Türk Şurası Gənclər Platformasının sədri vəzifəsinə seçilib.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək. /Report