XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 14:46

Yasamalda silahlı insident olub

Bakı şəhəri, Yasamal rayonunda silahlı insident olub.

M.Bünyadzadə küçəsində yaşayan 60 yaşlı Rifad Həsənəliyev sərxoş vəziyyətdə ictimai qaydanı pozan zaman qonşusu İsmayıl Quliyev onu intizama dəvət edib və R.Həsənəliyevi evinə aparıb.

R.Həsənəliyev isə evə çatan zaman özünə məxsus ov tüfəngini götürərək İ.Quliyevə atəş açmağa başlayıb.

Güllələrdən heç biri İ.Quliyevə dəyməyib.

Lakin binanın həyətində olan 4 avtomobilə güllələr ziyan vurub.

Hadisədən sonra R.Həsənəliyev saxlanılıb. Faktla bağlı cinayət iş açılıb. (Report)