XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2019 - 16:49

AVRO-2020:Ramil Şeydayev azərbaycanlı futbolçular arasında liderdir

AVRO-2020-nin seçmə mərhələsində iştirak edən futbolçuların reytinq siyahısı açıqlanıb.

Yarışın arxada qalan hissəsinin ən yaxşısı Memfis Depaydır.

Hollandiya yığmasının üzvü 2541 xala malikdir. Onu komanda yoldaşı Frenki de Yonq izləyir – 2409. 3-cü sırada İngiltərə millisinin qapıçısı Cordan Pikford ondan 200 xal geri qalır.

Azərbaycan futbolçuları arasında ən yüksək pillədə Ramil Şeydayev qərarlaşıb. 171-ci yerdə olan hücumçunun hesabında 587 xal var.

239-cu sırada Riçard Almeyda yer alıb. Onun çıxışı 486 xalla qiymətləndirilib. Azərbaycan yığmasının ən yaxşı üç oyunçusu sırasında yer alan Bəhlul Mustafazadə 461 xalla 261-cidir.

Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi 6 oyunda 1 xal toplayıb. (apa)