XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 13:44

“Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır” –Baş psixiatr

“Azərbaycanda özünəqəsdlərin sayı dünya göstəriciləri ilə müqayisədə iki dəfə azdır”.

Bunu Azərbaycanın Baş psixiatrı Teymur Qafarov jurnalistlərə açıqlamasında bildirib.

”Amma bu o demək deyil ki, bu, bizim üçün önəmli problem deyil. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Bunlar silsilə tədbirlərdir. İlk növbədə, səhiyyə işçilərinin və psixoloqların öhdəsinə düşən vəzifədir. Çox mürəkkəb proses olduğuna görə cəmiyyətin digər üzvlərinin də payına düşən vəzifələri var. Özünəqəsd edən insanların 80 faizi ətrafdakılara hansısa tərzdə işarə verirlər. Onlara sayğılı yanaşsaq, qəsdlərin sayını xeyli dərəcədə almaq olar”, – deyə o qeyd edib. (Report)