XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

09 May 2015 - 16:34

Azərbaycan Avrasiya İttifaqı ilə əməkdaşlıq edəcək

avrasiya_2.jpg

Azərbaycan, İran, Hindistan və Monqolustan Avrasiya İttifaqı ilə əməkdaşlığı nəzərdən keçirirlər. Türkiyə isə Avrasiya İttifaqı ilə ticarət sazişi bağlamaq arzusunu bildirib.

Bu barədə Avrasiya İttifaqı Ali Şurasının Moskva toplantısından sonra Qazaxıstan perezidenti Nursultan Nazarbayev bildirib.

Onun sözlərinə görə, Avrasiya İttifaqı ilə azad ticarət haqqında ilk saziş bu ayın sonunda Vyetnamla imzalanacaq.

Xatırladaq ki, 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan Avrasiya İttifaqında Rusiya, Qazaxstan və Belarusiya və Ermənistan birləşib. 29 maydan etibarən isə Qırğızıstanın Avrasiya İttifaqına qoşulması rəsmiləşəcək.

Strateq.az