XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 17:45

Şəmkir rayonunda güclü yanğın:kafe və mağazalar kül oldu

Şəmkir rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Strateq.az-a verilən məlumata görə, hadisə ümumi sahəsi 2400 kvadratmetr olan tikilidə qeydə alınıb: “Nəticədə bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlər – kafe, mağazalar 464 kvadratmetr sahədə yanıb. Tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.