XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 18:45

UEFA Türkiyə milli komandasına cəza kəsəcək? –Əsgər salamı qalmaqal yaratdı

UEFA futbol üzrə Türkiyə milli komandasına qarşı intizam işi açıb. 

Strateq.az xəbər verir ki, Türkiyə yığmasının Avro-2020-nin seçmə mərhələsində Fransa ilə matçda (1:1) vurduqları qolu əsgər salamı ilə qeyd etməsi buna səbəb olub. Onlar Türkiyə ordusunun “Barış pınarı” əməliyyatına dəstəklədiklərini bu yolla göstərib.

UEFA-nın bununla bağlı Türkiyə Futbol Federasiyasını xəbərdar etdiyi, məsələ ilə bağlı izahat istənildiyi vurğulanıb.

Qeyd edək ki, UEFA-nın bu addımı atmasında Almaniya və Fransanın müraciəti, eyni zamanda mütəxəssislərin sosial şəbəkələrdəki çağırışları olub.

Xatırladaq ki, yığma üzvləri Albaniyanı 1:0 hesabı ilə məğlub etdikləri Avro-2020-nin seçmə oyununda da qolu əsgər salamı ilə qeyd ediblər.