XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 19:00

Nazir dünya çempionuna mükafat verdi –Görüş + FOTO

Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.

Təhsil Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Ceyhun Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu bildirib.

Təhsil naziri ona gələcəkdə qatılacağı yarışlarda yeni-yeni qələbələr qazanmağı, Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb, həmçinin ölkəmizdə şahmatın gələcək inkişafında Aydının da xüsusi rolunun olacağına inamını ifadə edib.

Aydın Süleymanlı Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb.

Görüşdə dünya çempionuna hədiyyələr təqdim edilib.