Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması San Marino yığması ilə üz-üzə gəlib.
Strateq.az xəbər verir ki, oyun millimizin qələbəsi ilə başa çatıb – 2:0.
Oyunda ilk qolu 22 dəqiqədə Rüfət Abdullazadə, 2-ci qolu isə 50-ci dəqiqədə Tural Bayramov vurub.
Onu da qeyd edək ki, milllimiz bundan əvvəl Norveç və Çexiya millilərinə məğlub olub. Bu səbəbdən mərhələ şansını itirib.