XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 20:48

UEFA Bolqarıstan Futbol İttifaqına qarşı intizam işi açıb –İrqçi davranışlara görə

UEFA Bolqarıstan Futbol İttifaqına qarşı intizam işi açıb. 

Buna Bolqarıstan yığmasının AVRO-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduqları görüşdə (0:6) yerli azarkeşlərin irqçi davranışlara yol verməsi səbəb olub.

Fanatlar həmin qarşılaşmada meydana kənar əşyalar da atıblar. Qarşılaşmada dövlət himni də qaydalara uyğun səslənməyib. Bolqarıstan tərəfi həmçinin epizodları stadiondakı böyük ekranda təkrar nümayiş etdirməkdə də ittiham olunur.

UEFA İngiltərə Futbol Assosiasiyasına qarşı iki ittiham irəli sürüb. İngilislər isə dövlət himni və təhlükəsizlik məsələlərinə görə ittihama məruz qalıb.

Qeyd edək ki, Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov bu gün istefa verib/Report.