XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 21:57

Sabah bir neçə rayonun təbii qaz təchizatında fasilə yaranacaq- “Azəriqaz”

Oktyabrın 16-da 09:00-dan Qaz İxrac İdarəsi “Sulutəpə” Qazpaylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Strateq.az-a verilən məlumata görə, bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocasən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq.

Bundan başqa, saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci sovxoz yaşayış massivində də qaz təchizatında müvəqqəti dayandırmalar olacaq. Həmin vaxt diametri 530 millimetr olan “Digah-Bilgəh” orta təzyiqli qaz xəttinin bir hissəsi diametri 500 millimetrlik polietilen boru kəməri ilə əvəz olunacaq.