XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2019 - 09:40

Əfqanıstanda hərbi helikopter qəzaya uğradı:ölənlər var

Əfqanıstanın şimalında baş vermiş helikopter qəzasında 7 nəfər ölüb.

Bu barədə “Pajwok” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı ölkənin silahlı qüvvələrinə məxsus “Mi-17” helikopteri qəzaya uğrayıb.

Məlumata görə, aviaqəza Mazari-Şərif şəhərinin yaxınlığındakı Hayratan bölgəsində qeydə alınıb. Nəticədə helikopterdə olanların hamısı ölüb. Onlardan 4 nəfəri ekipaj üzvüdür. /APA